Menu
Geri İrəli

Sumqayıtda uşaqlarla görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2010 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

8a4a515c80b01 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıtda fəaliyyət göstərən internat məktəbdə təhsil alan uşaqlarla görüş keçirilib. Sumqayıt şəhərində Qadınların sosial-iqtsadi problemlərinin həllinin təşkili üzrə Komissiyanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan görüşdə uşaqlara Bülbül adına Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət Xalq Çalğı Alətləri Ansamblının ifasında konsert proqramı təqdim edilib. Görüşün sonunda komissiyanın üzvləri uşaqları təbrik edərək onlara hədiyyələr təqdim ediblər. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın