Menu
Geri İrəli

SUMQAYITDA ÜZEYİR HACIBƏYOVUN ABİDƏ KOMPLEKSİ OLACAQ

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2009 • Baxış sayı: 287 dəfə • Şərh yoxdur

Sumqayıtda Üzeyir Hacıbəyov küçəsində dahi bəstəkarın abidə kompleksi ucaldılacaq. Məlumatı “Media forum” saytına Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev verib.

T.Vəliyev bildirib ki, avqustun 28-də Sumqayıt Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə çıxış edən icra başçısı Vaqif Əliyev Ü.Hacıbəyovun abidə kompleksindən sonra şəhərdə görkəmli şair-dramaturq Hüseyn Cavidə abidə qoyulacağını qeyd edib.

Ü.Hacıbəyovun abidə kompleksi üçün nəzərdə tutulan xiyabanın eni 23 metr, uzunluğu 61 metrdir. Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəlliflik etdiyi abidənin ümumi hündürlüyü 12 metr olacaq. Postament royal formasında düzəldiləcək, qara qranitlə üzlənəcək. Postamentin yüksələn hissəsi orqan borularını simvolizə edəcək, üzərindəki 5 metrlik bürünc barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənəcək. Əks tərəfdən eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri olacaq.

U.Hacibeyov1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın