Menu
Geri İrəli

Sumqayıtda vərəmə yoluxma halları 7-8 faiz azalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2011 • Baxış sayı: 163 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində vərəmə yoluxan insanların sayı ötən illə müqayisədə 7-8% azlıq təşkil edir. Bunu SİA-ya açıqlamasında Sumqayıt şəhər Vərəm əleyhinə dispanserin baş həkimi Asif Quliyev söyləyib. O, hazırda 30 nəfər insanın bu xəstəlikdən müalicə olunduğunu və 2 ay ərzində isə tam sağlam şəkildə evə buraxıldığını bildirib.

Baş həkim həmçinin Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) göndərdiyi dərman prepatları əsasında xəstələrin müalicəsinin tam şəffaf şəkildə keçdiyini qeyd edib. O. bu xəstəliyə yoluxanlar arasında kişilərin çoxluq təşkil etdiyini və sevindirici hal kimi isə bu il azyaşlı uşaqların vərəmə yoluxmadığını söyləyib.

Ceyhun Eyyubov, SIA


Facebook Şərhləndirmə:

Şərhinizi yazın