Menu
Geri İrəli

Sumqayıtda “Valideyn klubu” yaradıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Mart 2014 • Baxış sayı: 355 dəfə • Şərh yoxdur

“Xüsusi qayğıya ehtiyaclı  uşaqlara sahib olan gənc ailələrin maarifləndirilməsi” layihəsi başa çatıb.   “Axar.az” xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.   Layihə çərçivəsində gənc ailələr və eləcə də ailə qurmağa hazırlaşan gənclər üçün 5 günlük maarifləndirici təlim və seminarlar təşkil edilib . Layihə rəhbəri Xanxanım Sadıxovanın verdiyi məlumata görə, 5 gün ərzində xüsusi qayğıya ehtiyaclı uşaqları olan valideynlərə maarifləndirici seminar və təlimlər keçirilib. Qeyd edək ki, təlim və seminarlarda iştirak edən və xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib valideynlərin gələcəkdə daha sıx ünsiyyət saxlaması üçün “Valideyn Klubu” yaradılıb. Bu klub mütəmadi olaraq ayda bir dəfə görüşlər təşkil edərək, uşaqlarının inkişafını mütəxəssilərin iştirakı ilə müzakirə edə biləcəklər.

valideyn klubu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın