Menu
Geri İrəli

Sumqayıtda Vaqif Abbasovla görüş və Breyn Rinq yarışması keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2013 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

Dekabrın 10-da «Azərikimya» İstehsalat Birliyində AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, pofessor Vaqif Abbasovla görüş keçirilib. 
«Qafqaz» Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Sumqayıt Dövlət Universitetinin tələbələrinin və «Azərikimya» İstehsalat Birliyinin gənc kimyaçı-larının iştirak etdiyi tədbirdə kimya elminə əvəzsiz töhfələr vermiş görkəmli alimin həyat və elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Görüşdən sonra «Qafqaz» Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Sumqayıt Dövlət Universitetinin tələbələrindən və «Azərikimya» İstehsalat Birliyinin gənc kimyaçılarından ibarət 8 komandanın iştirakı ilə kimya elminin bütün sahələrini əhatə edən və bir-birindən maraqlı sualları özündə birləşdirən “Breyn-rinq” – bilik yarışması keçirilmiş, qalib komandalara “Azərikimya” İB-nin diplomları və qiymətli hədiyyələr təqdim olunub.1471242_660499457306657_1717283329_n 1464117_660499527306650_1049602670_n 1379991_660499237306679_204582237_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın