Menu
Geri İrəli

Sumqayıtda uşaq futbol komandaları arasında futbol turniri başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2014 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur
Share Button

5604İyunun 14-də M.Hüseynzadə adına şəhər stadionunda Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə şəhərdə uşaq futbolunun kütləviliyinin artırılması, aşağı sinif şagirdlərinin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə Bələdiyyənin məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında 15 iyun – Milli Qurtuluş gününə və Sumqayıtın 65 illiyinə həsr edilmiş “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda  futbol yarışının növbəti – 9-cu turnirinin açılışı keçiriləcək. Açılış mərasimində Sumqayıt Bələdiyyəsinin rəhbərliyi və üzvləri, şəhər ictimaiyyətinin və idman təşkilatlarının, respublika və şəhər mətbuatının, informasiya agentliklərinin, şəhərin məhəllə komitələrinin nümayəndələri iştirak edəcəklər.

Ənənəvi olaraq 2006-cı ildən başlayaraq təşkil edilən “Bələdiyyə kuboku” yarışlarında şəhərin müxtəlif məhəllə və mikrorayonlarında fəaliyyət göstərən  məhəllə komitələri tərəfindən sıralarına 300 nəfərə qədər uşağın cəlb olunduğu 20 komanda qələbə uğrunda mübarizə aparacaqdır.

Yarışlar  iki ay yarım – bütün yay tətili dövründə davam edərək, Sumqayıtın fars-ingilis dilləri təmayüllü tam orta  internat  məktəbinin və şəhərimizdə yaradılan nümunəvi məhəllələrin yaşıl futbol meydançalarında,  final oyunları isə M.Hüseynzadə adına şəhər stadionunda keçiriləcəkdir. Turnir müddətində 44 oyun keçiriləcəkdir.

Yarışın təşkili və keçirilməsinə rəhbərlik Sumqayıt Bələdiyyəsi, şəhər Gənclər və İdman Baş İdarəsi və “Şimal” Regional Futbol Federasiyası ilə birgə yaradılmış təşkilat komitəsi tərəfindən təyin olunmuş hakimlər kolleqiyasına həvalə edilmişdir.   Qаliblər  «Sumqayıt Bələdiyyəsi kuboku» və fəxri-fərmanlarla  mükafatlandırılacaqlar.

Bütün futbol azarkeşləri “Bələdiyyə kuboku” yarışlarının iyunun 14-də, saat 10-da M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək açılış mərasimində iştirak edə bilərlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın