Menu
Geri İrəli

Sumqayıtda vəhhabilərlə qarşı əməliyyat keçirilib? – MTN-dən açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2014 • Baxış sayı: 653 dəfə • Şərh yoxdur

Azərbaycanda vəhhabilərlə qarşı daha bir əməliyyat keçirilib.
Publika.Az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, dünən gecə Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində xüsusi təyinatlılar vəhhabilərə qarşı əməliyyat keçirib.

Məlumata görə, radikal vəhhabilər mikrorayon ərazisində yerləşən “Şərq bazarı” yaxınlığında bir evə toplaşırmışlar.

Onların məscidlərə getmədiyi, çayxanalarda, ictimai yerlərdə təbliğat apardılığı deyilir. Əsas ehtimal bu qruplaşmanın Suriyaya gedənlərlə əlaqəsinin olmasıdır. Məlumata görə, əməliyyat nəticəsində qruplaşma zərərsizləşdirilib.

MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayev Publika.Az-a açıqlamasında bildirib ki, onlarda belə məlumat yoxdur.

“MTN belə bir əməliyyat keçirməyib”-deyə nazirliyin sözçüsü xəbəri təkzib edib.

mtn

Facebook Şərhləndirmə:

Şərhinizi yazın