Menu
Geri İrəli

Sumqayıtda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2014 • Baxış sayı: 359 dəfə • Şərh yoxdur

lift-2

Sumqayıtda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində 9 mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib qapılarını açıb və vətəndaşı liftdən çıxmasına şərait yaradıblar.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın