Menu
Geri İrəli

Sumqayıtda xəyanət edən arvadını izləyib öldürən kişinin məhkəməsi başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2013 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur
Share Button

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Sumqayıt şəhər sakini Elman Hüseynovun məhkəməsi başlayıb.

İttihama görə, bu il aprelin 17-də Sumqayıt şəhərində yaşayan Elman Hüseynov qısqanclıq zəminində arvadı Tamellanı bıçaqla qətlə yetirib. Sumqayıt şəhər 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Hüseynov tutulub.
Məlum olub ki, Elman Hüseynov həyat yoldaşı Tamellanın başqa-başqa kişilərlə könül əyləncəsi keçirməsini eşidib. O, yayılan söz-söhbətlərə son qoymaq üçün onu izləməyə başlayıb. Bir neçə gün arvadını izləyən Elman Hüseynov deyilənlərin həqiqət olduğunu görüb. Dəfələrlə Elman Hüseynov arvadının bu yoldan çəkindirməyə çağırsa da, o, ərinin sözlərinə əhəmiyyət verməyib. O, hadisə baş verən günü həyat yoldaşı ilə yenə də mübahisə etməyə başlayıb. Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.
Hakim Azər Orucovun Sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı sentyabrın 20-nə təyin edilib.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın