Menu
Geri İrəli

Sumqayıtda xeyriyyə aksiyası keçirildi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2013 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət Komitəsinin “Ramazan – Vəhdət ayı” layihəsi çərçivəsində Sumqayıt şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə bağlı yardım aksiyası keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbir Şəhidlər Xiyabanını ziyarətlə başlayıb.

Tədbirdə Dövlət Komitəsinin və Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən İslam dini icmalarının nümayəndələri iştirak ediblər.

Ziyarətdən sonra tədbir iştirakçıları qarşısında çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən bu xeyriyyə aksiyasının artıq iki ildir ənənə halını aldığını bildirmiş bu təşəbbüsü yüksək qiymətləndiriblər. Dövlət tərəfindən dini sahəyə göstərilən qayğı tədbir iştirakçıları tərəfindən alqışlanıb və bu sahəni məqsədyönlü fəaliyyətinin tərkib hissəsi kimi daim diqqətdə saxlayan Prezident İlham Əliyevə təşəkkür edilib.

Ümumilikdə, 115 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə qida məhsullarından ibarət Ramazan sovqatları verilib.

AzNews.az


Facebook Şərhləndirmə:

Şərhinizi yazın