Menu
Geri İrəli

Sumqayıtda Xəzər dənizinə standartlara uyğun təmizlənmiş su axıdılır

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2017 • Baxış sayı: 663 dəfə • Şərh yoxdur

Sumqayıt Məişət-Çirkab Suları Təmizləyici Qurğular Kompleksinə gün ərzində Sumqayıt şəhəri ilə yanaşı, ətraf yaşayış məntəqələrindən 65-67 min kubmetr çirkab su daxil olur və təmizlənir. 2007-ci ildə istifadəyə verilən kompleks həm müasirliyi, həm də etibarlılığı ilə fərqlənir. Ən müasir teхnоlоgiya əsasında inşa edilən sutəmizləyici qurğu ətraf mühitin sağlamlaşdırılmasına və dəniz hövzəsinin çirklənməsinin qarşısının alınmasına хidmət göstərir.

Sumqayıt Su-Kanal İdarəsinin rəisi Darvin Hüseynov AZƏRTAC–a bildirib ki, suyun təmizlənməsi proseslərinin ardıcıl aparılması üçün kompleksdə ən müasir avadanlıq quraşdırılıb, yeni sexlər və yardımçı sahələr yaradılıb. Standartlara uyğun təmizlənmiş su dənizə ən yeni texnologiya əsasında axıdılır. Bunun üçün qurğudan dənizə ayrıca boru xətti də çəkilib.

D.Hüseynov deyib: “Sumqayıt şəhərində 1364 bina var. Uzun müddətdir bu binaların zirzəmiləri axıntılara məruz qalırdı, zirzəmilər çirkab sular içində idi. Görülən işlər nəticəsində 14-15 belə bina qalıb. Yaxın vaxtda onların da zirzəmiləri tam qurudulacaq. Bundan əlavə, neçə illər idi şəhərdəki təmizləyici qurğu normal işləmirdi. Kompleks tikildikdən sonra burada quraşdırılan qurğu isə müasir tələblər səviyyəsində işləyir. İndi Xəzər dənizinə ekoloji cəhətdən standarta uyğun təmizlənmiş su buraxılır”.

1492120509138972976_1000x669 14921205095644820239_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın