Menu
Geri İrəli

Sumqayıtda Xocalı faciəsi ilə bağlı film nümayişləri təşkil edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2015 • Baxış sayı: 1,412 dəfə • Şərh yoxdur

IMG_9438Sumqayıt şəhərində “Chef’s Chicken” restoranı və “bq Cinema”nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş filmlərin nümayişi təşkil edilib.

Gün ərzində baş tutan film nümayişlərində tamaşaçı qismində  Sumqayıt Dövlət Universitetinin tələbələri, Sumqayıt şəhər 16 saylı orta məktəbin şagirdləri, Sumqayıt ”ASAN xidmət” mərkəzinin Könüllüləri iştirak ediblər.

Tədbirdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin gənc nəslə çatdırılması və gənclər arasında vətənpərvərlik hislərinin daha da yüksəldilməsi üçün bu cür film nümayişlərinin davamlı olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın