Menu
Geri İrəli

Sumqayıtda Xocalı qurbanları anıldı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2017 • Baxış sayı: 1,629 dəfə • Şərh yoxdur

DSC_0104

Xocalı faciəsinin 25-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də  qeyd olunur. Şəhər  icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, idarə və təşkilatlarda, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilir, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər  təşkil olunur.

Bu gün Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Sumqayıt şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

 Dövlət himni səsləndirilib, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

DSC_0058

DSC_0147 DSC_0142 DSC_0129
DSC_0099 DSC_0081 DSC_0024 DSC_0030 DSC_0045
DSC_0059 DSC_0073 DSC_0020 DSC_0019 DSC_0010 DSC_0004 DSC_0003

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın