Menu
Geri İrəli

Sumqayıtda Xocalı sakinləri ilə görüş keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2017 • Baxış sayı: 589 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Tarix Muzeyində Sumqayıt şəhərində məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov Xocalı soyqırımını Azərbaycanın və ümumiyyətlə bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu qeyd etdi.

Xocalı faciəsinin Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisi olduğunu bildərərək bu faciənin dünya miqyasında tanıdılması istiqamətində dövlətimiz tərəfindən aparılan məqsədyönlü işlər barədə danışdı.  Faiq Kərimov Xocalılara xüsusi diqqət və qayğının mövducluğunu söyləyərək onların acılarına hər kəsin şərik olduğunu bildirdi.

Görüşdə çıxış edən xocalılı sakinləri həmin gecənin dəhşətlərindən danışdılar.  Tədbir çərçivəsində Xocalı sakinlərini narahat edilən problemlərlə maraqlanıldı. Öz növbəsində Xocalı sakinləri onlara göstərilən diqqət və qayğı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

DSC_0155 DSC_0187 DSC_0192 DSC_0195 DSC_0201 DSC_0202 DSC_0212 DSC_0215 DSC_0219 DSC_0220

Facebook Şərhləndirmə:

Şərhinizi yazın