Menu
Geri İrəli

Sumqayıtda Xocalı sakinləri ilə görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2016 • Baxış sayı: 751 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Tarix Muzeyində Sumqayıt şəhərində məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirildi.

DSC_0300

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov Xocalı soyqırımını Azərbaycanın və ümumiyyətlə bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu qeyd etdi.

Xocalı faciəsinin Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisi olduğunu bildərərək bu faciənin dünya miqyasında tanıdılması istiqamətində dövlətimiz tərəfindən aparılan məqsədyönlü işlər barədə danışdı.  Faiq Kərimov Xocalılara xüsusi diqqət və qayğının mövducluğunu söyləyərək onların acılarına hər kəsin şərik olduğunu bildirdi.

Görüşdə çıxış edən xocalılı sakinləri həmin gecənin dəhşətlərindən danışdılar.  Tədbir çərçivəsində Xocalı sakinlərini narahat edilən problemlərlə maraqlanıldı. Öz növbəsində Xocalı sakinləri onlara göstərilən diqqət və qayğı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.


xeberle2 xeberle2s DSC_0260 1

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın