Menu
Geri İrəli

Sumqayıtda “Xocalı soyqırımı”nın 22-ci ildönümü ilə bağlı tədbir keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2014 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

Sabah Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi “Xocalı soyqırımı”nın 22-ci ildönümü ilə bağlı tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd Xocalı həqiqətlərinin gənc nəslə çatdırılması, onlara erməni cinayətləri haqqında daha ətraflı məlumatın verilməsidir.

Qeyd edək ki, bu il fevralın 26-da ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 22 il ötəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib. Soyqırımı aktı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1275 nəfər əsir götürülüb.

Ceyhun Rasimoğlu

xocali tedbir

Facebook Şərhləndirmə:

Şərhinizi yazın