Menu
Geri İrəli

Sumqayıtda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı qeyd olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2017 • Baxış sayı: 751 dəfə • Şərh yoxdur
Share Button

fa3d0a1e-317e-4a34-845a-33f731089a4aSumqayıt şəhərində yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin regional şöbəsində Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib.

Bu münasibətlə xidmətin şəxsi heyəti müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad

Xüsusi Dövlət Mühafizə Xidmətinin Sumqayıt regional şöbəsində baş tutan tədbiri giriş nitqi ilə açan regional şöbənin rəisi mayor Vasif Əsgərov onlara göstərilən yüksək diqqət və qayğıya  görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Qurumun tarixindən danışan şöbə rəisi dövlətə, xalqa, prezidentə hər zaman sadiq olacaqlarını, layiqli və qüsursuz xidmət edəcəklərini bildirib.

Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Faiq Kərimov  ilk öncə bütün şəxsi heyəti Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından səmimi qəlbdən təbrik edib, Sumqayıt şəhərində son zamanlar həyata keçirilən abadlıq-quruculuq işləri haqqında geniş məlumat verib.

Qeyd olunub ki, Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itgin düşüb, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanıb. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olub.
Vurğulanıb ki,  son zamanlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür.

Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunublar.

5a2df903-18e2-4d0b-a055-261a0a5cbff1 065e08f4-f191-4844-8653-2d3c4ea02e87 b1ad3b97-e494-4bca-a1d2-e79c068d8bb1 c5b76357-d3a3-45df-9e0e-765a62b4434b d16c13d6-2319-42b2-9724-63e73f85edb0

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın