Menu
Geri İrəli

Sumqayıtda yanan yataqxanada məskunlaşmış məcburi köçkünlərə mənzil veriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2017 • Baxış sayı: 1,627 dəfə • Şərh yoxdur
Share Button

zakirferecov-qAvqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib.

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindən başladığı məlum olub.

Fövqəladə Hallar Nazirliyi yanğın zamanı evsiz qalmış insanların müvəqqəti sığınacağı üçün ərazidə 22 ədəd çadır quraşdırıb ki, burada da 88 nəfər yerləşdirilib.

Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşı Eyvaz Qocayev Modern.az-a açıqlama verib.

Qurum rəsmisinin sözlərinə görə, icra başçısı Zakir Fərəcov sakinlərlə görüşdə deyib ki, ilkin olaraq 10 gün müddətində yanğın zamanı yataqxananın yararsız vəziyyətə düşmüş hissəsi əsaslı təmir olunacaq və zərərçəkmiş köçkünlər məskunlaşdıqları evlərə yığışacaqlar.

“Amma bu da yanğından zərərçəkmiş köçkünlər üçün müvəqqəti sığınacaq olacaq. Çünki, qaçqın və məcburi köçkünlər üçün şəhərin 12-ci mikrorayonunda tikilməkdə olan bina dekabrın sonuna qədər təhvil veriləcək.

Burada sığınacaq tapmış ailələr oraya köçürüləcək”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın