Menu
Geri İrəli

Sumqayıtda yanğın – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2013 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

yanqin-4Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində vətəndaş Əli Əliyevə məxsus avtomobil qarajı yanaraq kül olub.

“Xəbərlə”nin məlumatına görə, dərhal hadisə yerinə Sumqayıt şəhər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları cəlb olunub.

Hadisə şahidləri əməkdaşımıza bildiriblər ki, yanğın qarajın arxasındakı zibilliyin yandırılması ilə meydana gəlib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Yanğın zamanı qarajda vətəndaşa məxsus avtomobilin ehtiyyat hissələri, ev ləvazimatları və geyimlər olub. FHN-nin yaydığı məlumata görə ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın içərisində yığılmış köhnə əşyalar və avtomobil hissələri 10 kv.m sahədə yanıb.

Hadisə şahidləri yanğının qəsdən törədildiyini bildiriblər.

Yanğının qarşısı dərhal alınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

yanqin-4

Facebook Şərhləndirmə:

Şərhinizi yazın