Menu
Geri İrəli

Sumqayıtda yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2014 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur

FHN Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 2 №-li Mənzil İstismar Sahəsinin ərazisində yaşayan sakinlərlə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt ŞİH Mənzil Təsərrüfatı İstismarı İdarəsi arasında  razılaşdırılmış Tədbirlər Planına əsasən şəhər sakinləri arasında keçirilən bu silsilə  tədbirlərdə əsas məqsəd şəhər əhalisinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə, binalarda və mənzillərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin,  Sumqayıt ŞİH Mənzil Təsərrüfatı İstismarı İdarəsinin, Sumqayıt Qaz İstismar Sahəsinin, eləcə də 2 №-li Mənzil İstismar Sahəsinin əməkdaşları və  3-cü məhəllənin sakinləri iştirak edirdi.

Tədbirin nəzəri hissəsində  “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Binaların yanğın təhlükəsizliyi qaydaları”, “Qaz cihazlarından düzgün istifadə qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır”  mövzuları ilə əlaqədar Mərkəzin əməkdaşları çıxışlar etmişdir.

Sonra “Dəm qazı və ya gözəgörünməz qatil” mövzusunda  Fövqəladə Hallar Nazirliyinin hazirladığı videoçarx nümayiş olundu. Tədbir iştirakçıları  ilə qarşılıqlı fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.

 2telim 28.10.2013

Facebook Şərhləndirmə:

Şərhinizi yazın