Menu
Geri İrəli

Sumqayıtda yaradılacaq rayonlardan birinin adı “KİMYAÇILAR” olsun –TƏKLİF

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2013 • Baxış sayı: 215 dəfə • 1 şərh

Sumqayıt şəhərinin seçkilərdən sonar iki rayona bölünəcəyi ilə bağlı xəbər hələ də sosial şəbəkələrdə müzakirə obyekti olaraq qalır.  Şəhər sakinləri arasında gəzən söz-söhbətlərə əsasən, rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun sərhədləri isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək nəzərdə tutulub. Rayonlardan birinin “Sahil”, digərinin isə “Corat” adlandırılacağı ilə bağlı xəbərlərlər də dolaşmaqdadır.

Sumqayitxeber.com saytı rəsmi facebook səhifəsində “Sumqayıt şəhəri iki yerə bölündükdən sonra rayonların adının nə olmasını istərdiniz?” sualı ilə izləyicilərinə sual ünvanlayıb. Səhifə üzvləri müxtəlif cavablar yazıblar. Bu cavablardan biri xüsusilə diqqətimizi cəlb etdi. Səhifə üzvlərindən biri rayonlardan birinin adının “Kimyaçılar” adlandırılması təklifini irəli sürüb. Müzakirə zamanı bir neçə şəxs bu təklifi bəyəndiklərini vurğuladılar. Qeyd olunub ki, Sumqayıt şəhəri “Kimya Şəhəri”kimi adlandırılır və şəhərdə “Kimyaçılar” qəsəbəsi də mövcuddur. Niyə də yaradılacaq rayonlardan birinin adı “Kimyaçılar” olmasın?.

Hər halda ümid edirik ki,  şəhər rəhbərliyi bu təklifi nəzərə alacaq.

Elmar Qarayev, sumqayitxeber.com

sumqayit-30

Facebook Şərhləndirmə:

“Sumqayıtda yaradılacaq rayonlardan birinin adı “KİMYAÇILAR” olsun –TƏKLİF” yazısına bir cavab

  1. Emin deyir:

    Shexsi teklifim: Rayonlardan birinin de adi “Gencler” ve ya “Genclik” olsun. Sumqayit hemishe gencler sheheri kimi taninib.

Şərhinizi yazın