Menu
Geri İrəli

Sumqayıtda yararsız ərzaq malları məhv edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2014 • Baxış sayı: 818 dəfə • Şərh yoxdur

yararsizAntiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakının Nəsimi, Səbail, Xətai, Qaradağ rayonlarında, Sumqayıt, Gəncə, Xırdalan, Şəki, Ucar, Kürdəmir, Yevlax, Xudat, İsmayıllı, Masallı, Cəlilabad, Qax şəhərlərində, Samux, İmişli, Xaçmaz, Zaqatala, Füzuli, Tərtər rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 780 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın