Menu
Geri İrəli

Sumqayıtda yaşayan iş adamı məscid tikdirib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2013 • Baxış sayı: 305 dəfə • Şərh yoxdur

172Sumqayıtda yaşayan iş adamı Sabir Fərzəliyev doğulub boya-başa çatdığı Qusar rayonunun Zindanmuruq kəndində məscid tikdirib.

Kənd ərazisində yerləşən ködhnə məscidin yerində inşa olunmuş yeni məscid yüksək keyfiyyətdə inşa olunub. Məscidin ətrafı abadlaşdırılıb, yaxınlıqda bulaq qurulub.

178Zindanmuruq kəndində yerləşən orta məktəbin direktoru Sudya Mınçarovun qəzetimizə verdiyi məlumata görə, yenidənqurulmuş məscidin yerindəki əvvəlki məscid 1825-ci ildə tikilibmiş: «Bu, rayonda ikinci məscid olub. Sovetlər dövründə təəssüf ki, anbar kimi istifadə olunub. Buna görə də məscid qəzalı vəziyyətə düşüb. Sabir müəllim bu məscidi xarici görünüşü eyni olmaqla tamamilə yenidən tikdirdi.Yeni məsciddə eyni vaxtda 150 nəfər ibadət edə bilər».

İş adamı kənd qəbiristanlığının ərazisində də abadlıq işləri aparıb: «Qəbiristanlıq ərazisində bərpa işləri aparıldı, orada bina inşa olundu, qəbiristanlığa gələn yolun ətrafı hasarlandı. Sabir Fərzəliyev kənd klubunu da təmir etdirib».

Bundan əlavə iş adamının təşəbbüsü ilə kənddəki orta məktəbdə kurslar təşkil olunub. S.Fərzəliyev eyni zamanda bu ildən etibarənZindanmuruq kəndinin ali məktəbə qəbul olan məzunları üçün təqaüd də təsis edib. 179

Vüsal, “168 saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın