Menu
Geri İrəli

Sumqayıtda “Yaşıllıq günü” aksiyası keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2014 • Baxış sayı: 504 dəfə • Şərh yoxdur
Share Button

aqacekmeSumqayıt şəhərində yerli özünüidarəetmə orqanı ilə birlikdə 30 saylı orta ümumtəhsil məktəbində “Yaşıllıq günü” keçirildi.

Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə yerli özünüidarəetmə orqanı ilə birlikdə ətraf mühitin yaxşılaşdırılması ücün tədbirlərin təşkili” layihəsinin icrasına başlanmışdır. Qeyd edək ki, layihənin əsas məqsədi Sumqayıt şəhərində və ətraf qəsəbələrinin bələdiyyəsi ilə birlikdə sakinlərin diqqətini şəhərin yaşıllıqlarının yaxşılaşdırılmasına yönəltmək, məhəllə komitələri və vətəndaş cəmiyyəti qurumlarını bu problemlərin həllinə cəlb etmək və beləliklə də daha çox vətəndaşın ətraf mühitin yaxşılaşdırılsı istiqamətində problemlərinin həllinə cəl edilməsinə nail olmaqdır.
Layihə çərçivəsində 29 mart 2014-cü il tarixdə 30 saylı orta ümumtəhsil məktəbində “Yaşıllıq günü” adı altında aksiya keçirildi. Yaşıllıq aksiyasında orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri 30-dan çox həmişə yaşıl ağaclar əkdilər. Aksiya zamanı təmizlik, abadlıq və yaşıllıq işləri görməklə bu problemlərin insanların həyatı, sağlamlığı üçün və ətraf mühitin yaxşılaşdırılmasında hər bir şəxsin fəal iştirakının vacibliyi istiqamətində söhbətlər aparılmışdır.
Həmçinin “Yaşıllıq günü” aksiyası zamanı yaşıllıqların salınmasına cəlb edilmiş yuxarı sinif şagirdləri ilə maarifləndirmə işləri aparılmışdır. Yaşıllıqların salınması zamanı şagirdlərə ətraf mühitin qorunmasında yaşıllıqların rolu haqqında ətraflı məlumat verilmişdir. Bu problemlərin vaxtında həll olunması isə insanların həyat və sağlamlığında öz müsbət təsiri haqqında məlumat verilmişdir..
Sumqayıtdakı ekoloji problemlər həm atmosferə atılan tullantılar, həm çirkab suları, həm torpaq, həm də şəhərdə adam başına düşən yaşıllığın miqdarının azlığı ilə bağlıdır. Orta ümumtəhsil müəssisələrində “yaşıllıq günü” və yerli özünü idarəetmə orqanlarının məhəllə komitələri ilə “təmiz məhəllə” adı altında keçirilən yaşıllaşdırılma aksiyalarının məqsədi bu problemlərin həllinə yönəldilmişdir.

Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 25 layihə icra etmişdir.

Feyruz Şivəxanov, Potensial SMB Resurs Mərkəzinin koordinatoru, sumqayitxeber.com

aqacekme25

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın