Menu
Geri İrəli

Sumqayıtda yaşıllıq ilə bağlı görünməmiş hadisə – FOTOFAKT

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2015 • Baxış sayı: 715 dəfə • Şərh yoxdur

Buna ancaq xarici ölkələrdə, internet saytlardakı fotolarda rast gələ bilərdik. Bu dəfə isə Sumqayıtda gördük və yenə də Sumqayıt ölkə üzrə fərqləndi. Obyekt tikintisi, biznes maraqları uğrunda yaşıllıq qorundu. Bu gördüyünüz ağaclar kəsilmədi, beləcə də saxlanılaraq tarixə düşdü.Dünən gecə saatlarında Sumqayıt şəhəri 4-cü mikrorayonun 80/30A binasının küçəyə baxan hissəsində bu mənzərəni görəndə öncə çaşdım, bir neçə saniyə yerimdə donub qaldım. İnana bilmədim, yəni şəhərimizdə yaşıllığa sayqı və diqqət bu qədərmi dəyişdi?! Dəfələrlə biznes maraqlar naminə onlarla ağaclar kəsildi, yaşıllıq məhv olundu. Amma bu dəfə… Kimsə deyə bilər ki, indi böhrandır, cibdə pul qalmayıb ki, gedib ağac cəriməsi ödəsin. Digər biri ehtimal edəcək ki, “forma-fason” üçün saxlayıblar, gündəmə gəlmək istəyiblər. Başqa birisi isə deyəcək ki şəhər rəhbərliyi üstündə ciddi durub deyə kəsə bilməyiblər. Ayrı bir şey düşünmək istəmirəm. Bu yerdə, “Afərin” deməkdən savayı ağlıma bir şey gəlmədi.

Xeberle.com

1435046972_2

 
1435046995_4

Facebook Şərhləndirmə:

Şərhinizi yazın