Menu
Geri İrəli

Sumqayıtda yay düşərgələri təşkil olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2009 • Baxış sayı: 657 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərin orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə sərəncam imzalayıb. Bu barədə sumqayitxeber.com saytına Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

Sərəncama əsasən şəhərin bütün ümumtəhsil məktəbində cari ilin iyul аyının 1-dən 25-nə qədər (bаzаr günləri istisnа оlmаqlа) hər məktəbdən 50 şаgird və 3 rəhbər оlmаqlа yаy düşərgələri təşkil еdilib. Düşərgələrin təşkili ilə bağlı işlər şəhər Təhsil Şöbəsinə, Gənclər və İdman Baş İdarəsinə, Gigiyena və Epidemiologiya Mərkəzinə həvalə edilib.

Qeyd edək ki, məktəblərdə yay düşərgələrinin təşkili təşəbbüsü  2003-cü ildə şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və həmin ildə şəhərin 6 məktəbində düşərgə təşkil olunmuşdur. Sonradan onun coğrafiyası genişlənərək bütün məktəbləri əhatə etmişdir. Hazırda hər il şəhər İcra hakimiyyəti başçısının vəsaiti ilə əmək haqqı alan 150 nəfər tərbiyəçinin rəhbərliyi ilə 2 mindən çox şagird günün bir hissəsində bu düşərgələrə cəlb edilir, 1 dəfə yüngül yeməklə təmin olunur. İşin məqsədyönlü təşkili üçün metodik vəsait hazırlanır. Bu vəsaitdə həm nümunəvi iş rejimi, həm oyunlar, həm tədbirlər və hər bir tədbirə verilən tələblər öz əksini tapır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın