Menu
Geri İrəli

Sumqayıtda yazıçılarla görüş keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2016 • Baxış sayı: 593 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunan “Sumqayıt məktəblilərində bədii ədəbiyyata marağın artırılması” layihəsi çərçivəsində Sumqayıt şəhər İdrak liseyində bir qrup tanınmış şair və yazıçılarla məktəblilərin görüşü keçirildi.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, publisist, sosioloq, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi – fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəm oğlu (Məmmədov), AYB-nin üzvü, “Qızıl qələm” mükafatçısı, AYB-nin orqanı olan “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, şairə Fərqanə Mehdiyeva, “Qızıl qələm” mükafatçısı, Prezident təqaüdçüsü, “Kitab evi” ictimai birliyinin direktoru, şairə Nəzakət Məmmədova, AYB-nin üzvü, Prezident mükafatçısı, bir sıra poeziya mükafatları laureatı, şair Kəmaləddin Qədim, AYB-nin üzvü, “Qızıl qələm” mükafatçısı, şair Yusif  Nəğməkar, AYB-nin üzvü, “Qızıl qələm” mükafatçısı, yazıçı, tərcüməçi Arif Ərşad, AYB-nin üzvü, şair Maşallah Məftun iştirak edirdi.

Layihə rəhbəri Günay Şivəxanlı tədbiri açaraq Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi layihənin məqsədi, qarşıya qoyulan vəzifələr barədə məlumat verdi. Ədəbiyyat müəllimi Zülfiyyə Bəşirova ədəbiyyatımızın tarixi, bədii ədəbiyyatın insan mənəviyyatın formalaşmasında rolu və əhəmiyyəti barədə qısa çıxış etdikdən sonra söz dəyərli ziyalılara verildi.

Şairlər öz yaradıcılıqları barədə tədbir iştirakçılarına məlumat verdilər, şeirlərini oxudular, ayrı-ayrı şeirlərinin yazılma tarixçələri ilə bağlı xatirələrini bölüşdülər. Daha sonra şagirdləri maraqlandıran suallara cavab verdilər və onlara bədii ədəbiyyat oxumağa, çoxlu mütaliə etməyi tövsiyyə etdilər. Şagirdlər çox maraqla ziyalıları dinlədilər.

Tədbirin sonunda şairlər yeni çap etdirdikləri kitablardan şagirdlərə hədiyyə etdilər və şagirdlərlə xatirə şəkilləri çəkdirdilər.

AYZ_0076 AYZ_0070 AYZ_0055 AYZ_0040 (1) AYZ_0037 AYZ_0032 AYZ_0015 AYZ_0010 (1) AYZ_0027 AYZ_0030

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın