Menu
Geri İrəli

Sumqayıtda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü qeyd olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2016 • Baxış sayı: 874 dəfə • 2 şərh

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, partiyanın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizdə qazanılan uğurlarda Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını diqqətə çatdırıb.

Z.Fərəcov Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev təşkilatın yaranma tarixi, keçdiyi yol, ötən 24 il ərzindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Digər çıxış edənlər,  Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıblar.

dsc_0262

dsc_0201

dsc_0323-1

 
dsc_0202 dsc_0206 dsc_0212 dsc_0216
dsc_0284-1dsc_0320-1 dsc_0321-2

dsc_0326

 

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü qeyd olunub” yazısına 2 cavab

  1. Nurlan deyir:

    Çox gözəl zaldır. Axır ki Sumqayıtın da belə möhtəşəm mərkəzi – tədbirlərin keçirilməsi üçün geniş və yaraşıqlı akt zalı oldu! Təşəkkürlər Zakir müəllim!

  2. Letafet Eliyeva deyir:

    Zakir müəllim ötən il söz verdi və 1 il müddətində bütün dediklərini etdi! Şəhərini sevən, qətiyətli və səriştəli başçı belə olar. Allah can sağlığı versin sizə Zakir müəllim!
    Yorulmayasınız

Şərhinizi yazın