Menu
Geri İrəli

Sumqayıtda yeni otel tikiləcək – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 1,886 dəfə • 2 şərh

otel-ysum2223Son zamanlar Sumqayıt şəhərində digər sahələrlə yanaşı  turizm infrastrukturunun formalaşması üçün də kompleks tədbirlər həyata keçirilir. Sovet dövründən bizə miras qalmış infrastruktur müasir dövrün tələblərinə cavab vermədiyindən yenilənməyə və yeni infrastrukturun yaradılmasına ehtiyac duyulurdu.  Sumqayıt şəhər İcra Hakimiyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında hazırda dənizkənarı park-bulvar kompleksinin salınması ilə bağlı mühüm işlər həyata keçirilir.

“Sumqayitxeber.com”a daxil olan məlumata görə yeni salınan park-bulvarda şəhər əhalisinin asudə vaxtını səmərəli keçirməsi üçün bir çox yeniliklər həyata keçiriləcək. Bu layihələr şəhərin turizm potensialını inkişaf etdirmək üçün böyük təkan olacaq. Sumqayıtda salınan park-bulvar gözəlliyinə və möhtəşəmliyinə görə Bakı bulvarından geri qalmayacağını hazırlanmış layihələrdən də görmək mümkündür.

“Sumqayitxeber.com” xəbər verir ki, yeni salınan park-bulvar kompleksinə müasir standartlara cavab verən otel də daxildir.

otel22 otel2

Facebook Şərhləndirmə:

“Sumqayıtda yeni otel tikiləcək – FOTO” yazısına 2 cavab

  1. Yaşar deyir:

    Çox sağ olun Zakir müəllim. Park-bulvar kompleksi sumqayıtlılar üçün böyük hədiyyədir.

  2. elmar muellim deyir:

    Zakir muellim size ugurlar .

Şərhinizi yazın