Menu
Geri İrəli

Sumqayıtda yeni prioritet: sosialyönümlü tədbirlər – ANALİZ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2016 • Baxış sayı: 689 dəfə • Şərh yoxdur
Share Button

zakir fereceov4343Sumqayıt kimi ortaölçülü şəhərlərdə şəhər rəhbərlərinin, yerli administrativ heyətin insiativi, idarəetmə üslubu cəmiyyətin həyatına, psixoloji durumuna daha çox təsir edir. Səbəb sadədir: Paytaxtlarda və bir çox meqapolislərdə təşəbbüsləri dövlətin aparıcı administrativ qolları, institutları dövriyyəyə buraxır və icra prosesində daha yaxından iştirak edir. Əyalətlərdə isə bir çox hallarda yerli təşəbbüslər lazım gəlir və bu təşəbbüskarlıq səviyyəsi regionun taleyinə, insanların yaşayış səviyyəsinə təsir edir. Xüsusilə şəhər rəhbərliyinin qərarları, təşəbbüsləri də bu baxımdan regional inkişafa təsir edən mühüm komponent kimi çıxış edir.

Sumqayıt sentyabrın əvvəllərində yeni icra başçısını qəbul etdi. Daha doğrusu, Sumqayıtdan getmiş kadr geri – öz doğma şəhərinə qayıtdı. Təhlilçilər prezident İlham Əliyevin Sumqayıt şəhər icra başçısı postuna indiki dönəmdə məhz Zakir Fərəcovu təyin etməsini təsadüfi olmayan strateji qərar kimi qiymətləndirirlər, hesab olunur ki, bu kadr dəyişikliyi Z.Fərəcovun Sumqayıtı və sumqayıtlıları yaxşı tanıması, şəhərin problemlərini yetərincə aydın bilməsi ilə əlaqəli idi.

Hazırda ölkəmiz neftin kəskin  – təqribən 4 dəfəyə qədər ucuzlaşması, nəticədə manatın devalvasiyası və bazarlardakı qiymət dəyişikliyi səbəbi ilə bir qədər həssas dönəmini yaşayır. Belə vəziyyətdə mobil siyasi kursa keçid labüd idi və dövlət çevik davranaraq buna getdi: söhbət ixracyönümlü qeyri-neft sektorunun inkişafı və ixracyönümlü istehsalatın stimullaşdırılması üçün görülən tədbirlərdən və ikincisi, cəmiyyətin aztəminatlı təbəqəsinin bazarının yeni vəziyyət və qiymətlərindən az təsirlənməsi üçün sosialyönümlü addımlardan gedir.

Dövlət başçısının qeyd etdiyimiz ikinci punkt üzrə tələbi kifayət qədər aydın səslənir:

*  “Sosialyönümlü tədbirlər təxirə salınmayacaq”.

* “Sosial siyasət Azərbaycanda həmişə olduğu kimi, prioritet məsələdir”.

* “Güclü iqtisadiyyat bizə imkan verir ki, sosial məsələləri uğurla həll edək, eyni zamanda, dünya miqyasında beynəlxalq arenada müstəqil siyasət aparaq”.

İndiki halda, biz neftin qiymətinin kəskin ucuzlaşması fonunda maaş və təqaüdlərin artımına, sosial infrastruktur layihələrin davam etməsinə şahidlik edirik.

Bəs regionlar bu sosial tədbirlərə nə dəstək verə bilir? Prezident İlham Əliyevin məmurlar, eləcə də icra hakimiyyəti rəhbərləri qarşısında qoyduğu tələb ondan ibarətdir ki, hər şey Azərbaycan vəttəndaşının rahatlığına hesablanmalıdır.

Bu, ümumi mənzərədir. İndi isə gəlin Sumqayıtdakı vəziyyətin təhlili üzərində işləyək.

İcra başçısı dəyişikliyinin edildiyi 6 ay ərzində sosialyönümlü siyasətin ön plana keçdiyini deyə bilərik. Bəs nəyə əsasən? Faktlar üzərində dayanaq:

zakirferecov yarmarka

  1. Şəhər əhalisi probleminin həll olunacağı ünvan kimi şəhər icra hakimiyyətinə daha çox üz tutmağa, etimad göstərməyə başlayıb.
  2. İcra başçısı gənclərlə, eləcə də Sumqayıt Dövlət Universitetində tələbələrlə keçirdiyi görüşlərdə onların sosial qayğılarına da bir neçə məqamda toxunub. Məsələn, Gənclər Günündə sumqayıtlıların işsizlik problemini önə çəkib və problemin həlli yolunda əlindən gələni edəcəyini bildirib.
  3. Hökumət süni qiymət artımına qarşı birmənalı münasibət göstərir, aztəminatlı əhalinin maraqları naminə ən radikal tədbirlərə gedir. Sumqayıtda da bu mənada konkret addımlara şahidlik etdik. Səliqəli, sistemli yarmarkalar təşkil olunmaqla yanaşı, süni qiymət artımına yol verilməməsi üçün nəzarət gücləndirildi, Z.Fərəcov özü yarmarkaya baş çəkdi, problemlərlə yerindəcə tanış oldu.
  4. 50-ə qədər uşaq baxçasında təmir işləri aparıldı, dam örtükləri yenilənərək, istilik sistemləri bərpa olundu.
  5. İcra başçısı Z.Fərəcov özü şəxsən baxçalarda reydlər edərək uşaqlara verilən qidaların keyfiyyəti ilə şəxsən tanış oldu və qarşılaşdığı problemlərlə bağlı kəskin iradlarını bildirdi, onların həlli üçün qəti tapşırıqlar verdi.
  6.   Z.Fərəcov özü ayrı-ayrı yerlərdə sakinləri qəbul eməklə yanaşı, onun təşəbbüsü ilə bir sıra struktur rəhbərlərinin, eləcə də millət vəkillərinin sakinlərlə səyyar, kütləvi görüşləri keçirilir, həmin görüşlərdə sumqayıtlıları narahat edən məsələlər sakinlərin özləri tərəfindən qaldırılır.
  7. Müəllimlər üçün SDU-ya aid ərazidə binanın tikilməsi və müəllimlərə mənzillərin maya dəyəri qiymətində satılması barədə qərar qəbul edildi.
  8. Sosial infrastruktur yenilənməyə başlandı:

ZAKIR ERECOV bulvar

a)     Ulu öndər Heydər Əlieyvin adını daşıyan Mərkəzin tikintisinə başlandı

(artıq tikintinin böyük hissəsi həyata keçirilib)

b)    Şəhərin dənizkənarı hissəsində nəhəng bulvarın qurulmasına başlanıldı

c)     Bir sıra küçə və prospektlərdə yaşayış binalarının üzlükləri yeniləndi, binalar daha müasir fasadlarla üzləndi

d)    Yeni Şahmat, uşaq incəsənət və musiqi nəktəbləri inşa edilməyə başlandı

e)     Küçələrdə və məhəllədaxili yollarda işıqlandırma sistemləri bərpa olundu

f)      Şəhərin giriş yolu genişləndirildi

g)     Uzun illərdir təmirsiz halda qalmış Lyüdviqsafen parkında yenidənqurma işləri sona çatmaq üzrədir

 h)    Şəhərin lift sistemi indiyədək olmadığı miqyasda yeniləndi: 140-a qədər lift yeniləri ilə əvəzləndi

i)       Sumqayıt Dövlət Dram teatrında əsaslı təmir işlərinə başlanıldı, teatrın dam örtüyü təzələndi

 Vüsal Məmmədov, “168 saat” qəzetinin baş redaktoru

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın