Menu
Geri İrəli

Sumqayıtda yeni sənaye müəssisəsi tikiləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2016 • Baxış sayı: 466 dəfə • Şərh yoxdur

Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

Bu barədə Modern. az saytına İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti sənaye parkının ərazisində ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsalını həyata keçirəcək.

Layihə çərçivəsində ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən zavod inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150 nəfərə yaxın insanın işlə təmin olunması nəzərdə tutulur.

Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xariciə də ixrac olunacaq.

“Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili və parka investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir”- deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın