Menu
Geri İrəli

Sumqayıtda yeni sərnişin avtobusları ilə tanışlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2016 • Baxış sayı: 2,252 dəfə • 5 şərh

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyədə istehsal edilən “AKİA” markalı bu avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.

Yeni sərnişin nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə Sumqayıtda sərnişindaşımanın keyfiyyətini daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq.

012 013 014

Facebook Şərhləndirmə:

“Sumqayıtda yeni sərnişin avtobusları ilə tanışlıq” yazısına 5 cavab

  1. Mahmud deyir:

    Super! Sumqayıtda çoxdan həllini gözlədiyimiz məsələlərdən biri də nəqliyyat məsələsidir. Belə müasir avtobusların şəhərə gətirilməsi əla olardı.
    İnanırıq ki, digər məsələlər kimi nəqliyyat məsələsi də yaxın günlərdə həll olunacaq.

  2. Ulviyye deyir:

    Maraqlidir hansi xett uzre buraxilacaq bu avtobuslar. Yayda kondisionerli avtobuslardan istifade edeceyimize gore sebebkarlara tesekkurumuzu bildiririk. Zakir Ferecovada cox sagol deyirik

  3. Vuqar Qehremanov deyir:

    7 nomreni redd edib kart sistemine kecseydiler canimiz qurtarardi.Eylecin ugultu sesinden adamin bashi cartdayir.Umumiyyetle suruculerede medeniyyetden kurs kecseydiler lap ela olardi.

  4. Rovsen Abbasov deyir:

    Sumqayitda 7 nomreli avtobuslar cox berbad haldadi onlarida deyiwseler cox gozel olar

  5. Alik Qaxli deyir:

    Sizden xais Avtovaqzaldaki veziyueti isiqlandirin.seher tezden ise gede bilmirik Bakiya.Marsurt yoxdu.ordaki biyabrciliqi ictimailesdirin cox xais qalmisiq avtovaqzalda .yaxsiki yagis zad yaqmir bunun qisi yaqisi borani var bu avtovaqsal rehberliyi ise hec bir tedbir gormur 1 heftedi bu veziyyetdi .

Şərhinizi yazın