Menu
Geri İrəli

Sumqayıtda yeni televiziyanın açılmasına icazə veriləcəkmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2009 • Baxış sayı: 332 dəfə • Şərh yoxdur

Elçin Məmməd: “Necə olursa olsun biz Sumqayıtda yeni televiziya açacağıq.” Necə olursa olsun biz Sumqayıtda yeni televiziya açacağıq. Bu barədə Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Elçin Məmməd www.sumqayitxeber.com saytina bildirib: “Artıq biz Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə vermişik. Iyunun 16-sı məhkəməmiz oldu və ayın 24-nə növbəti proses keçiriləcək. Mən belə başa düşürəm ki, məhkəmə bizim xeyrimizə qərar çıxardacaq.Çünki bizim tələblərimiz qanun çərçivəsindədir.” E.Məmməd www.sumqayitxeber.com saytına onu da bildirib ki, yeni televiziyanın açılması üçün şəhər sakinlərindən beş min imza toplanıb və onlar da yeni televiziyanın açılmasında maraqlıdır:“Biz regionda vətəndaş cəmiyyətinin güclənməsinə dəstək olacaq yerli telekanalın açılmasına nail olacağıq. Necə ki, biz təşkilatımızı 7 ildən sonra qeydiyatdan keçirdik, eləcə də əminəm ki, biz Sumqayıtda yerli TV kanalın açılmasına da nail olacağıq.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın