Menu
Geri İrəli

Sumqayıtda yeniyetmələr öz intellektlərini sınadılar

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2013 • Baxış sayı: 139 dəfə • Şərh yoxdur

umqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər “Ağsaqqallar evi”ndə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında III Azərbaycan Çempionatının şəhər seçim turu keçirilib.

2_763336030Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28 sentyabr 2013-cü il tarixində şəhər “Ağsaqqallar evi”ndə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında III Azərbaycan Çempionatının şəhər seçim turu keçirilmişdir. Yarışda ümumtəhsil məktəblərinin yaşı 14-dən 17-dək olan şagirdlərindən ibarət komandaları iştirak etmişdir.

Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə tədbirin keçirilmə məqsədi barədə məlumat vermiş, iştirakçılara uğurlar arzulamışdır. O, Çempionatın Final mərhələsinin Naxçıvan şəhərində keçiriləcəyini qeyd edərək, yarışın son mərhələsinə vəsiqə qazanmış yeniyetmələrin ölkəmizin bu füsünkar bölgəsilə tanışlıq imkanı əldə edəcəklərini təqdirəlayiq hal kimi nəzərə çatdırmışdır.

Sonra yarışa start verilmişdir. Gərgin keçən mübarizədən sonra qalib gəlmiş “İnternet”, “Anonymaus”,“Təvəkkür” və “Brain Master” komandaları Çempionatın zona seçim turunda (Abşeron zonası üzrə) iştirak hüququ əldə etmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın