Menu
Geri İrəli

Sumqayıtda yeraltı məscid və silah aşkarlandı- “Bandotdel”in əməliyyatı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2014 • Baxış sayı: 2,051 dəfə • 2 şərh

83389Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi növbəti əməliyyat keçirib. 

 DİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan “Valter” markalı tapança aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:

“Sumqayıtda yeraltı məscid və silah aşkarlandı- “Bandotdel”in əməliyyatı” yazısına 2 cavab

  1. Sevinc deyir:

    Indi tezlikle buraxmasalar ela olardi.

  2. sevinc deyir:

    ƏHLİ SÜNNƏYƏ NİYƏ BELƏ ZÜLM EDİRLƏR AXI ?- ALLAHDAN QORXUN!

Şərhinizi yazın