Menu
Geri İrəli

Sumqayıtda yerləşən Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2013 • Baxış sayı: 592 dəfə • 1 şərh

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə  yeni rəis təyin olunub.

Sumqayıtda yerləşən 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin yeni rəisi Şəfa Əliyev  bu təyinatadək Bakı şəhər Məşğulluq İdarəsinin rəisi vəzifəsində çalışıb. Bundan öncə isə  o Sumqayıt şəhər Əmək və Məşğulluq mərkəzinin direktoru vəzifəsində işləyib.
Şəfa Tiflis oğlu Əliyev 1959-сu ildə anadan olub. Azərbayсan Xalq Təsərrüfatı İnstitutunu (Bakı) və Ümumittifaq Xariсi Tiсarət Akademiyasını (Moskva) bitirib. İxtisasсa iqtisadçı və xariсi-iqtisadi əlaqələr üzrə mütəxəsisdir. 1981-2006-cı illər ərzində Sumqayıtın kimya və neft-kimya müəssisələrində çalışıb. O, kimya və neftkimya müəssisələrində operator vəzifəsindən “Sintezkauçuk” zavodunun direktoru, “Azərkimya” Dövlət Şirkətinin vitse-prezidenti vəzifəsinə kimi yüksəlib. 1997-2000-ci illər ərzində “Azərkimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin başçısı kimi fəaliyyət göstərib.

Şəfa Əliyev eyni zamanda Sumqayıt Dövlət Universitetinin dosentidir və iqtisad elmləri namizədidir. İqtisadçı-alimin 150-dən çox elmi məqalələri, monoqrafiya və kitabları dərс edilib. Onun əsərləri ABŞ, İtaliya, Çexiya, Slovakiya, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Belorus, Qazaxıstan və digər ölkələrin elmi jurnallarında və konfrans materiallarında dərс olunub.

Şəfa Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə 2009-сu ilin noyabr ayının 16-da prezident İlham Əliyevin sərənсamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Facebook Şərhləndirmə:

“Sumqayıtda yerləşən Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin olundu” yazısına bir cavab

  1. firudin deyir:

    Bele savadli mutexesislere cox ehtiyacimiz var.Allah komeyi olsun!

Şərhinizi yazın