Menu
Geri İrəli

Sumqayıtda yeyinti məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədilə reydlər keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2010 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

Bu barədə “Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri” mövzusunda keçirilən yığıncaqda Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rafiq Abdullayev bildirib. Onun sözlərinə görə cari ilin ötən ayları ərzində mərkəz tərəfindən şəhər ərazisində istehsal olunan və eləcə də xaricdən gətirilən müxtəlif ərzaq və yeyinti məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədilə reydlər keçirilib. Bu reydlər əsasən iri ticarət və topdansatış mağazalarında, iaşə xidməti obyeklərində aparılıb. Aparılan yoxlamalar zamanı bəzi obyektlərdə istifadə müddəti ötmüş, yararsız vəziyyətə düşmüş ərzaq məhsulları aşkar edilərək realizasiyadan çıxarılıb.

Bundan əlavə şəhər ərazisində küçə ticarətinin nizamlanması, qanunsuz olaraq süd və süd məhsulları satışının, iribuynuzlu mal-qara saxlanılması və kəsilməsinin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın