Menu
Geri İrəli

Sumqayıtda yol nəqliyat hadisəsi: 1 ölü 4 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2010 • Baxış sayı: 189 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır

sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, Mayın 28-də saat 19.50 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini Rafayel Bağırov “Mercedes-240″ markalı avtomaşını idarə edərkən Sumqayıt şəhər sakini Rahid Quliyevi vurmuş, sonradan idarəetməni itirərək onu qarşıdan gələn Siyəzən şəhər sakini Amil Səmədovun idarə etdiyi “QAZ-31″ markalı avtomaşına çırpmışdır. Nəticədə R.Quliyev hadisə yerində ölmüş, xəsarət almış R.Bağırovun sərnişinləri, qardaşı Amil, Sirac Məmmədov, Elman Tağıyev, habelə A.Səmədovun sərnişini Əlisəfa Azayev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın