Menu
Geri İrəli

Sumqayıtda yol polisinin cəriməsi sürücünü şok etdi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2013 • Baxış sayı: 321 dəfə • 1 şərh

Milli.Az-a müraciət edən Teymur adlı sürücünün cəriməsi birdən-birə 142 manat artıb.

Oxucu yazır ki, bu ilin fevralında Sumqayıtda yol polisi tərəfindən tabesizlik göstərdiyi üçün protokol tərtib edilib. Həmin protokola imza atmağa etiraz edərək məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib. Həmin hadisənin üstündən artıq 7 ay keçsə də, bu müddət ərzində ona araşdırmanın nəticəsi və cərimə olunmağı ilə bağlı heç bir məlumat verilməyib. Ancaq iki gün əvvəl internetdə öz sürücülük vəsiqəsindəki cərimə və ballarını yoxlamaq istəyəndə 224 manat cərimə olunmasının şahidi olub. Sürücü məktubda vurğulayıb ki, bu ilin iyulun 31-dək DİN saytında heç bir cərimə olmayıb. Belə olan halda bu qədər cərimə haradan yarandı?

Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, həmin sürücü yol polisinə tabe olmadığına görə, protokol bu il fevralın 5-də tərtib olunub. Elə həmin ayın 18-də isə işə baxılaraq sürücü barəsində qərar çıxarılıb və 80 manat cərimə olunub. Həmin cərimə ödənmədiyindən üzərinə 144 manat dəbbə pulu gəlib.

Şöbə rəsinin sözlərinə görə, inzibati xəta ilə bağlı qərar sürücünün iştirakı ilə çıxarılır:

“Ola bilsin həmin şəxsə qərar gönədirilib, sürücü protokol yazılan zaman razılaşmırsa, qərar çıxarılmır. Həmin sürücüyə hansı orqan tərəfindən bu işə baxılacağı ilə bağlı bildiriş verilir. Orada da qeyd olunur ki İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsinə əsasən, inzibati materialın baxılmasında həmin şəxs iştirak etməsə, onun iştirakı olmadan baxılır və icraat aparılır. Sumqayıt polisi həmin şəxsi çağırıb araşdıracağını deyibsə, bu barədə ona cavab verilməliydi. Ola bilsin həmin şəxsə araşdırmanın nəticəsi ilə bağlı cavab gedib, sadəcə ya ünvanını dəyişib və ya poçtla bağlı problem var, məktub sahibinə çatmayıb. Sürücünün müraciətindəki xüsusatlar təsdiqini tapmayıbsa, bu barədə məlumatlar internetdə yerləşdirilir”.

K.Əliyev qeyd etdi ki, sürücünün etirazı varsa, yenidən yol polisinin müvafiq orqanlarına və ya məhkəməyə müraciət etsin.

“Hüquqi Dövlət” araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış da Milli.Az-a açıqlamasında həmin sürücüyə problemə məhkəmə qaydasında aydınlıq gətirməyi məsləhət gördü.

Ekspertin fikrincə, sürücü məhkəmə qaydasında haqlı olduğunu sübut edə bilsə, nəyəsə nail ola bilər: “Bu halda məhəkəmə işə baxıb protokolu ləğv edə bilər. İnternet mütəxəssiləri ilə məsləhətləşib müəyyən edilsin ki, yol polisi həmin məlumatı mərkəzi sistemə nə vaxt yerləşdirib. Bəlkə polis mərkəzi sistemə sürücünün cərimə olunması ilə bağlı məlumatı fevralda yox, iki gün əvvəl yerləşdirib. Eyni zamanda, poçt rabitəsi vasitəsilə sübut olsun ki, sürücüyə göndərilən məktub ona çatıb, ya yox. Çünki yol polisi sürücüyə məktubu sifarişli  göndərməlidir”.

Anar Məmmədov
Milli.Az

Facebook Şərhləndirmə:

“Sumqayıtda yol polisinin cəriməsi sürücünü şok etdi – FOTO” yazısına bir cavab

  1. Fuad deyir:

    avqustun 30 da mende guya duwmuwem radara,xocasen yolunda 60km yolda 115 km kecmisem ozude saat 1e 18 deq islemis. ama hemin gunu men seher 8 den axsam 5 e qeder isde olmusam. mene de cox maraqlidi nece ola biler axi bu. zeng eliyib qaradaq rayon yol polisne caqirdilar getmedim. gozluyurem eve gondersinler. internetde DIN saytinda cerime gostermir. hemde ki qanuni radar ve ya radar iwaresi yoxdu o yolda

Şərhinizi yazın