Menu
Geri İrəli

Sumqayıtda yolların qardan təmizlənməsi üçün texnika hazır vəziyyətə gətirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2016 • Baxış sayı: 1,458 dəfə • Şərh yoxdur
Share Button

14811225702210519763_1000x669

Sumqayıt şəhərində qarlı-şaxtalı havada yollarda və ya digər ərazilərdə hər hansı bir problem yaranarsa, müvafiq qurumlar tərəfindən dərhal əməli tədbir görüləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Faiq Kərimov icra hakimiyyəti aparatının əməkdaşları və aidiyyəti qurum rəhbərləri ilə keçirdiyi təlim-məşğələdə bildirib.

Əvvəlcə “Sumqayıt Təmizlik Departamenti” MMC-nin xüsusi texnikalarına baxış keçirilib. Bildirilib ki, qışa hazırlıq işləri yüksək səviyyədə görülüb və bunun üçün kifayət qədər işçi qüvvəsi, texnika, nəqliyyat vasitələri mövcuddur. Təmizlik departamenti tərəfindən qum və duz ehtiyatı da tədarük edilib.

F.Kərimov təlim-məşğələdə çıxışında qeyd edib ki, şaxtalı havada yolların qardan təmizlənərək nəzarətə götürülməsi üçün icra hakimiyyəti və digər qurumların nümayəndələri müxtəlif ərazilərə təhkim olunublar. Şəhər ərazisində avtomobil yollarının, prospekt və küçələrin qardan təmizlənməsi məqsədilə kifayət qədər texnika, maşın və mexanizm hazır vəziyyətə gətirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev isə qışa hazırlıqla bağlı həyata keçirilən bütün tədbirlərin şəhər rəhbərliyinin gündəlik diqqət mərkəzində olduğunu vurğulayıb.

14811225703629134424_1000x669

14811225701173031060_1000x669

14811225705683453227_1000x669

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın