Menu
Geri İrəli

Sumqayıtda yolun genişləndirilməsi vətəndaşlara xidmət edir, yoxsa?! – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2013 • Baxış sayı: 232 dəfə • 2 şərh

Bir müddət əvvəl Sumqayıt şəhərində Mərkəzi Bazarın yaxınlığında, N.Nərimanov küçəsinin (əsasən 30-cu məhəllə tərəf və “Karvan” TM-in və “Bazarstore”nin qarşısı) bir hissəsi genişləndirildi. Bildiyimiz kimi, bu ərazidə böyük ticarət mərkəzləri, alış-veriş və ərzaq dükanları yerləşir və son illərdə xüsusən pik saatlarda artıq ciddi tıxaclar yaranır. Amma… “Amma”sını səbr edin, indi deyirik.

Belə görünür ki, yolun genişləndirilməsinin heç bir ciddi faydası olmayıb. Çünki həmin ərazilərdə yenə tıxac, yenə qələbəlik müşahidə olunur. Bunun sürücülərə isə xeyiri oldu, belə görünür. Çünki indi artıq avtomobillərini 1 cərgə yox, rahatlıqla 2, hətta bəzən 3 cərgə də saxlayırlar. Nəticədə də yalnız bir avtomobillik yer saxlayırlar ki, nəticəni – mənzərəni də təsəvvür etmək çətin deyil…
Bir şeyi ən azından demək olar ki, bu, yolda daha da darlıq, sıxlıq yaradaraq qəza vəziyyətlərinin yaranmasına səbəb olurlar…
Belədə, görəsən, sözügedən ərazidə genişləndirilən yol kimə xidmət etmiş oldu, şəhər sakinlərinə, daima ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarımıza, yoxsa o ərazilərdə yaşayan, işləyən və alış-veriş edən fərdi avtomobil sahiblərinə, sürücülərə?! Yaxşı, bəs Sumqayıt DYP-nin rəsmiləri hara baxır?
Və son olaraq, görən, bu yolun genişlənməsi insanlarımıza fayda verdi, yoxsa kimlərinsə şəxsi büdcəsinə?
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq. xeberle.com

yol

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda yolun genişləndirilməsi vətəndaşlara xidmət edir, yoxsa?! – FOTO” yazısına 2 cavab

  1. Ayten deyir:

    Bu yol her zaman propka olur. harda geldi saxlayirlar. Bakidaki kimi Suqmayitda da gerek qerar vereler yolun kenarinda saxlamalari yiqisdiralar.

  2. Emin deyir:

    Yolu vetendashlara gore yox etrafda olan sahibkarlara gore chekilib…

Şərhinizi yazın