Menu
Geri İrəli

Sumqayıtda “Yurdumuzun rəngləri” sərgisi açılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2016 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur

12476108_1561502800836200_1389209073_n

 

Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Uluslararası Aktiv Rəssamlar Birliyi və Femin Art Beynəlxalq Qadın Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Yurdumuzu qarış-qarış gəzək” aktiv rəssamlar qrupunun “Yurdumuzun rəngləri” adlı sərgisi keçirilib.

Sərginin keçirilməsində məqsəd etüd zamanı çəkilmiş rəsmlərin satışından gələn gəlirin müəyyən hissəsini xeyriyə işlərinə xərcləmək, uşaq və qocalar evinə yardım etməkdir.

Sərgidə ümumilikdə 97 əsər nümayiş olunub. Onlardan 3 ədəd qrafika, 3 ədəd xəz dəri üzərində işləmə, 5 ədəd batika, 7 ədəd foto və 79 ədəd rəngkarlıq növündə işlənmiş əsərlərdir.

Sərgidə Nəvai Metin, Gülər Fahad, Əbdüləmi Əliyev,Akif Yarişov, Oktay Əliyev, Naqiyə Rzayeva, Pərviz Əsədov, Aynurə Mustafayeva, İradə Qədirova, Akif Amirovun əsərləri nümayiş olunub.

Sərgini giriş sözü ilə açan Sumqayıt Dövlət rəsm Qalereyasının direktoru Ellada Həsənova rəssamları təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Daha sonra Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək belə sərgilərin şəhərimizin mədəni həyatında oynadığı roldan, rəssamlıq sənətinə marağın artmasından danışıb. O, bildirib ki, bundan sonra da belə tədbirlərin keçirilməsi vacib və zəruridir.

Uluslararası Aktiv Rəssamlar Birliyinin sədri Nəvai Metin tədbirə qatılanlara və sumqayıtlılara verdikləri dəstəyə görə təşəkkür edib və bildirib ki, bu tədbir sübut etdi ki, xalqın incəsənətə marağı böyükdür. İstənilən bölgədə biz bu sevgini, hörməti hiss etdik. Sumqayıtda da eyni isti münasibətin şahidi olduq. Buna görə hər birinizə təşəkkür edirik.

Tədbirdə  Əməkdar rəssam Asif Azərelli, Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyev, xalçaçı rəssam Fazil Abasquluzadə, Dərbənd Xeyriyyə Cəmiyyətinin Vitse Prezidenti Nurulla Əliyev, Qızıl Aypara Cəmiyyətinin sədri Mətanət Məhərrəmova çıxış edərək öz ürək sözlərini bildirib, rəssamlara daima dəstək olduqlarını qeyd ediblər.

Sonda Nəvai Metin Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürova verdiyi dəstəyə, göstərdiyi diqqətə görə təşəkkür edib və birlik adından hədiyyə, sərgidə əsərləri nümayiş olunan gənc rəssamlara diplomlar təqdim edilib.

Tədbirdə həmçinin  “Yurdumuzu qarış-qarış gəzək” layihəsi çərçivəsində rəssamların canlı performansını əks etdirən video çarx nümayiş olunub.

Tədbir Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin solistlərinin ifası ilə davam edib.

Sərgi 1(bir) həftə davam edəcək.

12650682_1561469420839538_986121579_n12659673_1561468904172923_667058538_n12659797_1561468014173012_823866872_n12666260_1561503100836170_2015008468_n12695714_1561502857502861_328101230_n12696134_1561502640836216_1865986063_n12713988_1561503247502822_653039038_n12714227_1561468700839610_1076024403_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın