Menu
Geri İrəli

Sumqayıtda zərərçəkən sahibkarlar bu gün yenə toplaşdılar – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərində bir neçə gün əvvəl yanan “Karvan” Ticarət Mərkəzində mağazaları ziyan çəkmiş sahibkarların qeydiyyatına başlanıb.
APA-nın əməkdaşının verdiyi məlumata görə, ticarət mərkəzinin qarşısına yığışan sahibkarların qeydiyyatı şəhər İcra Hakimiyyəti nümayəndələri tərəfindən aparılır.

İH-nin şöbə müdiri Seyfəddin Rəhimov sahibkarlarla görüşdə bildirib ki, qeydiyyat başa çatandan sonra onlara yardım göstərilməsi barədə məsələyə baxılacaq: “Bura özəl obyekt olduğu üçün hər hansı kompensasiya verilməsi nəzərdə tutulmur. Bununla bağlı yalnız Nazirlər Kabineti qərar verə bilər”.

Sahibkarlar isə onlara dəyən ziyana görə kompensasiya verilməsini istəyiblər.İH nümayəndəsi deyib ki, qərar müzakirələrdən sonra veriləcək: “Hər halda hansısa formada köməklik ediləcək. Biz bununla bağlı hökumətə müraciət edəcəyik”.

“Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhmədov isə jurnalistlərə bildirib ki, bazar rəhbərliyi, hökumət tərəfindən sahibkarlara dəymiş zərərə görə köməklik olunacaq: “Yüz-iki yüz milyon yanıb külə döndü. Bizə səbir etmək qalır. Hökumət, bazar rəhbərliyi tərəfindən də köməklik olacaq. Bazarın 1 milyonluq sığortası var”.

“Karvan” Ticarət Mərkəzinin yanması ilə ziyan dəymiş sahibkarlar bu gün ticarət mərkəzinin önündəki “Nizami” meydanına toplaşıblar.

IMG_9686 IMG_9690 IMG_9691

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın