Menu
Geri İrəli

Sumqayıtda zavod yenidən qurulur – MÜQAVİLƏ İMZALANDI

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2016 • Baxış sayı: 1,326 dəfə • Şərh yoxdur

Bu gün SOCAR-ın baş ofisində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində birlik ilə “Technip İtaly” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilənin imzalanma mərasimi keçirilib.

Socar44

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo, “Technip İtaly” şirkətinin baş icraçı direktoru Marko Vilya, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.

R. Abdullayev “Etilen-polietilen” zavodunun rekonstruksiyası layihəsi çərçivəsində görülmüş işlərdən bəhs edib, bildirib ki, həyata keçiriləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq.

R. Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-cu ilə qədər davam etdiriləcək layihələndirmə və tikinti işlərinin mürəkkəbliyi nəzərə alınaraq, Piroliz qurğusu üzrə əsas lisenziyalardan biri olan, habelə piroliz qurğularının rekonstruksiyası üzrə dünyada və o cümlədən MDB ölkələrində böyük təcrübəyə malik “Technip İtaly” şirkəti detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlərə cəlb edilib. Mərasimdə vurğulanıb ki, yenidənqurma layihəsi ölkədə müasir standartlara cavab verən məhsulların istehsalına, digər tərəfdən bu işlərə yerli resursların cəlb edilməsi nəticəsində yeni iş yerlərinin açılmasına və əhalinin sosial durumunun yüksəlməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, Sumqayıtın ekoloji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacaq.

Daha sonra sənədin imzalanma mərasimi keçirilib. Müqaviləni “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və “Technip İtaly” şirkətinin baş icraçı direktoru M. Vilya imzalayıblar. Bununla da, “Technip İtaly” şirkəti “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində Detallı Mühəndislik və Təchizata dəstək üzrə ilkin işlər üçün podratçı qismində fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, baş ofisi Parisdə yerləşən “Technip” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1997-ci ildən Azərbaycanda mühəndislik xidmətləri göstərmiş, o cümlədən “Şahdəniz” və NQENKK kimi irimiqyaslı layihələrdə iştirak edib. Şirkət hazırda “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi ilə yanaşı, “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə idarəetmə və konsaltinq xidmətlərini də həyata keçirir.

 

socar socar4
socar555 socar4444

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın