Menu
Geri İrəli

Sumqayıtda “Zəka sahibləri” turnirinin qalibləri mükafatlandırılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2016 • Baxış sayı: 487 dəfə • Şərh yoxdur

Sumqayıtda Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Zəka sahibləri” layihəsi çərçivəsində şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə, ümumilikdə, 40-dək idmançı iştirak edib. Yarışın açılışı Sumqayıtın mərkəzində – ulu öndər Heydər Əliyevin abidəsi qarşısındakı parkda yerə həkk olunmuş şahmat lövhəsindəki simvolik oyunla reallaşıb.

Daha sonra Şahmat Məktəbində turnirə start verilib. Açılışda iştirak edən beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova ölkəmizdə şahmata göstərilən qayğıdan danışıb, Sumqayıtda yeni möhtəşəm Şahmat Məktəbinin inşa edildiyini diqqətə çatdırıb. Tanınmış idmançı balaca şahmatçılara tövsiyələrini verib, onlara uğurlar diləyib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda qaliblər mükafatlandırılıb.

zea22 zeka1 zeka33 zeka34 zeka55 zeka55cc

Facebook Şərhləndirmə:

Şərhinizi yazın