Menu
Geri İrəli

Sumqayıtda zirzəmilərin təmizlənməsi ilə bağlı işlər davam etdirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2010 • Baxış sayı: 148 dəfə • Şərh yoxdur

Cari ilin iyul ayı ərzində Sumqayıtda Mənzil İstismar Sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar olaraq bir sıra işlər görülüb. Şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 53 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 25-i MİS-in balansında olan yaşayış binaları, 2-si cədvəlli, 2-si koperativ bina, 3-ü yataqxana, 8-i məktəb, 12-si uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir. Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın