Menu
Geri İrəli

Sumqayıtdakı ana ölümünü araşdıran müstəntiq danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur
Share Button
pervine huseynova029“Pərvinə Hüseynovanın ölüm işinin araşdırılması ilə bağlı istintaq tədbirləri davam etdirilir.Yaxın gələcəkdə istintaqın nəticəsi ilə bağlı mərhumun yaxınlarına məlumat veriləcək”. Bu barədə Hafta.az-a açıqlamasında Yasamal Rayon Prokurorluğunun müstəntiqi İsmayıl Abıyev deyib.
Məlum hadisə ilə bağlı istintaq tədbirlərini həyata keçirən İ.Abıyev bu vaxta kimi kimlərin dindirildiyi, yaxud saxlanıldığı barədə məlumat verməyib: “Hazırda araşdırmalar davam etdirilir. İstintaq sirri olduğu üçün əlavə məlumat verə bilmərəm. İnstintaqın nəticələri mərhumun yaxınlarına bildiriləcək”.Qeyd edək ki, Pərvinə Hüseynova “ANS”in əməkdaşı Afət Telmanqızının qardaşının həyat yoldaşıdır. P.Hüseynovanın ölüm işinin araşdırılması baş prokuror Zakir Qaralovun nəzarətinə götürülüb. Ölüm faktının araşdırılması isə Yasamal Rayon Prokurorluğuna tapşırılıb. Hazırda işi Yasamal Rayon Prokurorluğunun müstəntiqi İsmayıl Abıyev aparır.

A.Telmaqızı isə Hafta.az-a deyib ki, məlum hadisə ilə bağlı özü, mərhumun anası və həyat yoldaşı prokurorluqda izahat veriblər. Bundan başqa, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının və Sumqayıtdakı 1 saylı doğum evinin bəzi həkimlərinin ifadəsi alınıb. Ancaq Sumqayıtdakı 1 saylı doğum evinin baş həkimi İmmə Ələkbərzadənin izahatının alınıb-alınmadığı barədə məlumatı yoxdur.

A.Telmanqızı ona verilən məlumata əsasən deyib ki, gələn həftə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının hadisə ilə bağlı apardığı araşdırmaların nəticəsi məlum olacaq.

Xatırladaq ki, Pərvinə Hüseynova doğuşdan bir neçə gün sonra bu il oktyabrın 25-i M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Doğuş oktyabrın 4-ü Sumqayıtdakı 1 saylı doğum evində olub. Doğuşdan sonra ananın vəziyyəti ağırlaşıb və onu oktyabrın 10-u M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında aparıblar. Həkimlərin səyinə baxmayaraq Pərvinə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Ailə Pərvinənin həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edir. Onlar yalnız Sumqayıtdakı həkimlərdən şikayətlidirlər.

Atif Sarıxanlı, Hafta.az

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın