Menu
Geri İrəli

Sumqayıtdakı atışma ilə bağlı daha bir nəfər saxlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2013 • Baxış sayı: 912 dəfə • Şərh yoxdur
Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən şəhər sakini Cəlal Mikayılov tutulub.

 Onun mənzilinə baxış zamanı 1 ov tüfəngi, 1 qumbara, 48 ədəd avtomat patronu, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 70 ədəd dini ədəbiyyat, 12 disk, 1 ədəd disket və 3 ədəd dini əl yazmalar olan dəftər aşkar edilərək götürülüb. Bununla da tutulanların sayı 14-ə çatıb.

 Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə “sələfi”lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

polis

Facebook Şərhləndirmə:

Şərhinizi yazın