Menu
Geri İrəli

Sumqayıtdakı atışmada şübhəli bilinən daha dörd nəfər saxlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2013 • Baxış sayı: 732 dəfə • Şərh yoxdur
Share Button

sumqayitxeber.com DİN rəsmi internet səhifəsində istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə şübhəli bilinən daha dörd nəfər – şəhər sakinləri Əhməd Salmanov, Kənan Mehrəliyev, Rövşən Musayev və Elşən Məmmədov tutulub.

Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülmüşdür.

R.Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilmişdir.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİN-Bina-lovhe

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın