Menu
Geri İrəli

Sumqayıtdakı nömrəsiz avtoş “kürd”ün növbəti qurbanı xanım oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 2,506 dəfə • Şərh yoxdur
Dünən gecə saatlarında Sumqayıt şəhərinin Sülh küçəsində qəza baş verib. Qəza nəticəsində 50 CM 985 dövlət nömrə nişanlı Hyundai markalı krossover yolun kənarına çırpılıb, avtomobilin qarşı tərəfi əzilib. Buna səbəb Sumqayıtda əsasən nömrəsiz olan qara rəngli VAZ 2107-nin sahibi – “kürd” ləqəbi ilə tanınan avtoş olub.
Şahidlərin dediyinə görə, o, avtomobili ilə sözügedən Hyundai markalı krossoverin sahibəsi xanım sürücünün qarşısına keçərək qəfil sağ-sol istiqamətlərdə çaşdırıcı, yayındırıcı hərəkətlər edib, nəticədə qəza baş verib.
Nəzərinizə çatdıraq ki, artıq bunadək “kürd” ləqəbli avtoşdan bir neçə bu tip şikayətlər olub.
xeberle.com
32894 710348 386717
Facebook Şərhləndirmə:

Şərhinizi yazın